ABŞ-də Makronu piyada yola saldılar | VİDEO

   ABŞ-də Makronu piyada yola saldılar    | VİDEO
  23 Sentyabr 2025    Oxunub:894
Fransa prezidenti Emmanuel Makron BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında çıxışından sonra ABŞ prezidenti Donald Trampın kortejinin keçdiyi üçün Amerika polisi tərəfindən dayandırılıb.
AzVision.az “BFMTV” telekanalının məlumatına istinadən xəbər verir ki, Fransanın Fələstin dövlətini tanıdığını rəsmən elan etdiyi BMT-nin mənzil-qərargahından çıxan Emmanuel Makron Nyu-Yorkda Donald Trampın prezident korteji tərəfindən küçədə bloklanıb.

“Bağışlayın, cənab prezident, hazırda hər yer bağlıdır”, - polis məmuru kortejin yaxınlaşdığını bildirməzdən əvvəl Makrona deyib.

Bu qeyri-adi vəziyyətdə Fransa prezidenti amerikalı həmkarına zəng edərək vəziyyəti həll etməyə çalışıb.

- Təsəvvür edirsənmi, indi səni küçədə gözləyirəm, çünki hər şey sənə görə üçün bağlanıb”, - Makron telefona deyib.

Əlaqə xəttinin o başında Trampın olduğu, yoxsa Maskronun bunu, sadəcə, sosial media üçün çəkdiyi məlum deyil.

Bir neçə dəqiqəlik gözləntidən sonra küçə təmizlənsə də, hərəkətə icazə yalnız piyadalara şamil edilib. Nəticədə Emmanuel Makron Fransa səfirliyinə piyada getmək məcburiyyətində qalıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   ABŞ   piyada  



Xəbər lenti